AZ

Rusiyanın xarici işlər naziri Türkiyəyə gəlib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 23-ü axşam saatlarında Türkiyəyə gəlib.

O, bu gün türkiyəli həmkarı Hakan Fidanla Rusiyanın Suriyadakı mövcudluğu və Ukraynadakı münaqişənin sülh yolunun həlli ilə bağlı məsələləri müzakirə etmək üçün görüşməlidir. Bu barədə “TASS” məlumat yayıb.

Görüşdə ilk növbədə ticarət, enerji və turizm sahələrində ikitərəfli əməkdaşlıq məsələlərinin hərtərəfli müzakirəsi nəzərdə tutulur.

Tərəflər diplomatik səylərlə ədalətli və davamlı sülhün bərqərar edilməsi yolu ilə Ukraynada müharibəyə son qoymağın yolları barədə fikir mübadiləsi aparacaqlar. Diplomatlar ABŞ və Rusiya arasında son təmasları və Ankaranın bu prosesə verə biləcəyi töhfəni müzakirə edəcəklər. 2022-ci ilin martında Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlara ev sahibliyi edən Türkiyənin indi bu rolu öz üzərinə götürməyə hazır olduğu vurğulanacaq.

Görüşdə Suriya və ümumilikdə Yaxın Şərq də daxil olmaqla regional və beynəlxalq məsələlərin ətraflı müzakirə ediləcəyi gözlənilir.

Almaz Həsənli

Seçilən
133
16
oxumeni.az

10Mənbələr