AZ

“Qurd dərəsi”ndə 46 yaşlı kişini baltaladılar

Sumqayıtda 46 yaşlı kişi baltalanıb.

7News.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "Qurd dərəsi" bağları ərazisində qeydə alınıb.

1972-ci il təvəllüdlü Nağı Eyvaz oğlu Qasımov aralarında baş vermiş münaqişə zəminində 1979-cu il təvəllüdlü Ramin Bahadur oğlu Quliyevə balta ilə xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
77
29
7news.az

10Mənbələr