AZ

Fransa və Britaniya liderləri Trampdan hərbi dəstək istəyəcək

Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keyr Starmer Vaşinqtonda ABŞ Prezidenti Donald Trampı müharibənin dayandırılması ilə bağlı razılıq əldə olunarsa, Ukraynada yerləşdiriləcək Avropa sülhməramlı qüvvələrinə məhdud hərbi dəstək verməyə inandırmağa çalışacaqlar.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “The Wall Street Journal” nəşri yazıb.

Adıçəkilən mənbə qeyd edir ki, plan Avropa ölkələrindən Ukraynaya 30 minə qədər sülhməramlı göndərməkdən ibarətdir. 

ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uols fevralın 20-də bildirib ki, Makron və Starmer Ukrayna münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə etmək üçün bu həftə Vaşinqtona səfər edəcəklər.

“The Wall Street Journal” isə ABŞ-ın Kiyevə qoşun yeritmək niyyətində olmadığını yazır. Fransa və Böyük Britaniya liderləri Vaşinqtondan təhlükə yarandıqda sülhməramlı qüvvələri qorumaq və Rusiya tərəfindən atəşkəs rejiminin pozulmasının qarşısını almağa imkan verəcək hərbi resurslar istəyəcəklər.

“Hesab edilir ki, ABŞ Ukraynanın hava məkanının bir hissəsini bağlayaraq qonşu ölkələrdə hava hücumundan müdafiə sistemləri yerləşdirə bilər. Avropa sülhməramlılarına təhlükə yaranarsa, Avropada yerləşmiş Amerika təyyarələri döyüş hazırlığı vəziyyətinə gətirilə bilər” - mənbə qeyd edir.

Makron Fransa qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünü açıqlayan ilk Avropa lideri olub. 

Keyr Starmer həmçinin qeyd edib ki, sülhməramlı qüvvələrin yerləşdirilməsi mümkün sülhün təminatlarından birinə çevrilərsə, Britaniya Ukraynaya qoşun göndərməyə hazırdır.

Seçilən
5
13
cebheinfo.az

10Mənbələr