1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakının Nərimanov rayonu üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə bağlı rayonun bəzi ərazilərində suyun verilməsində fasilə yaranıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, fevralın 25-i günün ikinci yarısından sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.