1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Rusiya-Ukrayna münaqişəsinin həlli çərçivəsində Kiyevə Avropa İttifaqının (Aİ) vahid bazarına üzvlüyü təklif etməyə hazırdır.
Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Telegraph" qəzeti Aİ rəhbərliyindəki mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, Brüssel Ukrayna üçün iqtisadiyyatın konkret hansı sektorlarını açacağını müəyyənləşdirməli olacaq. Həmçinin qeyd olunub ki, Aİ-nin vahid bazarına qismən daxil olmaq hərbi əməliyyatların başa çatmasından sonra Ukrayna iqtisadiyyatına təkan verəcək.
Planın əsas məqamı Ukraynanın müdafiə sənayesi üçün rüsumsuz çıxışın təmin edilməsidir. Bundan əlavə, xidmət sektorunun, ilk növbədə İT sektorunun açılması müzakirə edilir.