AZ

Azərbaycanlı hücumçu karyerasını Polşada davam etdirəcək

Türkiyə təmsilçisi "Ankaragücü" ilə müqaviləsini ləğv edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını Polşada davam etdirəcək.

Sportinfo.az-ın yerli mətbuata istinadən məlumatına görə, 25 yaşlı forvard "Radomyak"a keçir.

Transferin tezliklə rəsmən açıqlanacağı gözlənilir. Hücumçu artıq Polşaya yollanıb.

"Radomyak"da Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədov da çıxış edir.

Seçilən
54
18
sportinfo.az

10Mənbələr