Albaniyada ölkə çempionatının 27-ci turunun bir sıra oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” doğma meydanda "Teuta" ilə qarşılaşıb.
Meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşan matçda Əliyev 90 dəqiqə meydanda olub.
Hazırda "Eqnatiya" 49 xalla liderliyini davam etdirir.