AZ

"American Airlines"a məxsus təyyarə bomba təhlükəsi səbəbindən Romaya eniş edib

"American Airlines"a məxsus təyyarə bomba təhlükəsi səbəbindən Romaya eniş edib

"American Airlines" şirkətinə məxsus təyyarə təhlükəsizlik səbəbi ilə Romaya məcburi eniş edib. Təhlükəsizlik səbəbinin bomba təhdidi ola biləcəyi bildirilsə də, təyyarənin müayinəsi zamanı təhlükəsizlik probleminin olmadığı müəyyən edilib.Nyu-Yorkdan Nyu-Dehliyə uçan "American Airlines" AA292 reysinin pilotları mümkün təhlükəsizlik vəziyyəti səbəbindən təcili eniş etmək qərarına gəliblər.Xəzər dənizinin üzərində olarkən pilotlar təyyarənin marşrutunu İtaliyaya dəyişiblər.İtaliya hava məkanına daxil olan "American Airlines" təyyarəsini Romaya enənə qədər iki İtalyan qırıcısı müşayiət edib.Boeing 787 Deamliner sərnişin təyyarəsində 285 sərnişinin olduğu və təhlükəsizlik vəziyyətinin bomba təhdidi ola biləcəyi ifadə edilib. "American Airlines" araşdırma nəticəsində heç bir təhlükəsizlik probleminin müəyyən edilmədiyini açıqlayıb.

Seçilən
90
50
afn.az

10Mənbələr