AZ

Pakistanın Baş naziri Bakıda Zəfər parkını ziyarət edib

Bakı. Trend:

Azərbaycan Respublikasında dövlət səfərində olan Pakistan İslamRespublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 24-dəBakıda Zəfər parkını ziyarət edib.

Trend xəbərverir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsidüzülmüşdü.

Pakistanın Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklilqoydu.

Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsindəgöstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixiZəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsininəbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflıməlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olanparkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimihündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfərtağı inşa edilib.

Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-dəAzərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım MehribanƏliyevanın iştirakı ilə olub.

Məqalədə:
Seçilən
8
3
az.trend.az

10Mənbələr