AZ

3339 müəllim işlə təmin olundu

Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin əlavə yerləşdirmə mərhələsi üzrə cari tarixə qədər 3 339 nəfər müddətli müqavilə əsasında işləmək imkanı əldə edib.

News365.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nə məlumat verilib.

Bildirilib ki, 2024-cü ildə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 10 000-dən artıq vakant yer təqdim olunmuşdu. Müsabiqənin nəticələrinə əsasən, 4 641 nəfər müddətsiz, 1 644 nəfər isə müddətli müqavilə ilə işlə təmin olunub.

Seçilən
11
6
news365.az

7Mənbələr