AZ

Avropa Komissiyası Ukraynaya 3,5 milyard avro yardım verəcək

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kiyevə mart ayında mövcud proqramlar çərçivəsində 3,5 milyard avro məbləğində yeni yardım tranşını köçürəcəyinə söz verib.

Modern.az xəbər verir ki, o, bunu Kiyevdə çıxışı zamanı bəyan edib. Məlumatı Avropa Komissiyasının mətbuat xidməti yayıb.

“Avropa kritik günlərdə Ukraynanı gücləndirmək üçün buradadır. Mən elan edə bilərəm ki, Ukraynaya 3,5 milyard avroluq yeni yardım tranşı mart ayında gələcək”, - deyə fon der Leyen bildirib.

Avropa İttifaqı Kiyevə 2027-ci ilin sonuna qədər 50 milyard avro məbləğində makro-maliyyə yardım proqramı çərçivəsində ödənişlər edəcək ki, bu da Avropa Komissiyası tərəfindən 2042-ci ilə qədər qaytarılmalı kredit şəklində cəlb edilib.

Seçilən
110
4
modern.az

5Mənbələr