AZ

Prezident İlham Əliyev: Azərbaycan və Pakistan iqtisadi tərəfdaşlığı siyasi sahədəki səviyyəyə çatdırmalıdırlar

Bakı. Trend:

Azərbaycan və Pakistan iqtisadi tərəfdaşlığı siyasi sahədəkisəviyyəyə çatdırmalıdırlar.

Trend xəbərverir ki, bunu Prezident İlham Əliyev Pakistan İslamRespublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdəgörüşü zamanı çıxışında deyib.

"Bu gün cənab Baş nazirlə görüşüm əsnasında ikitərəfligündəliyin əsas hissəsini artıq nəzərdən keçirdik və hazırda söhbətnümayəndə heyətləri ilə davam edir. Əminəm ki, səfər ölkələrimizarasında qardaşlıq əlaqələrini gücləndirəcək. Biz beynəlxalqtəsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Bu gün çoxgeniş iqtisadi gündəliyi razılaşdırdıq və iqtisadi əməkdaşlığımıza,eləcə də sərmayə imkanlarına aid praktiki layihələri müzakirəetdik. Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanacaqsənədlərin bir ay ərzində hazırlanması məqsədilə artıq özheyətlərimizə fəal çalışmaq təlimatlarını verdik. Mənim Pakistanadövlət səfərim zamanı rəsmən bəyan etdim ki, Azərbaycan Pakistandamüxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağahazırdır", - Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan təxminən bu yaxınlardahəmin layihələrin siyahısını artıq alıb və heyətlər onlarıdəyərləndirir: "Beləliklə, hər bir məsələni yekunlaşdırmaq və bizəhesabat vermək üçün qardaşımla birgə bir ay müddət veririk.Münasibətlərimiz nəinki xalqlarımız, o cümlədən təmsil etdiyimizregionlar üçün həqiqətən vacibdir. Pakistan ilə Azərbaycan arasındabu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsiarasında tərəfdaşlığın yaxşı nümunəsidir. Biz beynəlxalqtəsisatlarda hər zaman bir-birimizi dəstəkləyirik, ölkələrimizinərazi bütövlüyünə, suverenliyinə güclü dəstək veririk və qeydetdiyim kimi, qarşımızda çox geniş sərmayə gündəliyi dayanır.Əminəm ki, bu gün əhatə edəcəyimiz bütün məsələlər, eləcə də birçox digər sahələr üzrə işimiz Biznes Forumunda davam edəcək vəaramızda daha sıx tərəfdaşlıq olacaq. Biz iqtisadi tərəfdaşlığımızısiyasi sahədəki səviyyəyə çatdırmalıyıq və bu, qarşılıqlı siyasiiradənin aydın təzahürünə çevriləcək".

Seçilən
36
4
az.trend.az

5Mənbələr