Misli Premyer Liqasının XXIV turuna bu gün yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, dünən "Zirə" - "Kəpəz" oyunu əlverişsiz hava şəraitinə görə təxirə salınıb. Görüşün bu gün saat 16-da start götürməsi planlaşdırılırdı.

Lakin Zirə İdman Kompeksinin stadionunu vaxtında qardan təmizləmək mümkün olmayıb. Bu səbəbdən oyunun başlanma vaxtı saat 18-ə keçirilib.

Misli Premyer Liqası, XXIV tur

18:00 "Zirə" - "Kəpəz"

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Zirə İdman Kompleksinin stadionu