Bakı. Trend:
Ötən həftə İslam İnkişaf Bankı (IsDB) və Azərbaycan MərkəziBankı (AMB) arasında sukuk emissiyası sahəsində əməkdaşlıq müzakirəedilib.
Trend-inməlumatında görə, keçən həftə həm də Azərbaycan Mərkəzi Bankınınsədri Taleh Kazımov Ər-Riyadda Səudiyyə Ərəbistanı MaliyyəNazirliyi və Beynəlxalq Valyuta Fondunun regional ofisi tərəfindəntəşkil olunmuş İnkişaf etməkdə olan ölkələrin bazarları üçün Əl-Ulakonfransı çıxış edib.
O, Azərbaycanda bank aktivləri ilə ÜDM nisbətinin 42% təşkiletdiyini diqqətə çatdırıb.
"Bank sektoru bütövlükdə maliyyə sisteminin təxminən 95%-niəhatə edir. Pul-kredit siyasətinin başqa bir çağırışı geniş pulkütlələrində (M2) nağd pulların payıdır (M0) ki, bu da 43% təşkiledir. Bu, o anlama gəlir ki, dövriyyədə əhəmiyyətli miqdarda nağdvəsait qalmaqdadır”, - deyə AMB sədri bildirib.
T.Kazımov 2022-ci ilin oktyabr ayında Azərbaycanda inflyasiyasəviyyəsinin 15,6 faizlik ən yüksək göstəricisinə çatdığınıxatırladıb.
“2024-cü ilin sonuna kimi biz onu 4,9 faizə endirməyə nailolduq. Bizim proqnozlar göstərir ki, qeyri-müəyyənliyi nəzərəalsaq, bu il inflyasiya 5,5 faiz təşkil edəcək, gələn il isə 3.8faiz civarında olacaq. Beləcə, biz Mərkəzi Bankın 4% ± 2% -likhədəf diapazonundayıq. İnflyasiyanın səbəblərinə gəlincə,Azərbaycanın nümunəsində, biz inflyasiyanı idxal edirik.
Bizim ticarət tərəfdaşlarımızda orta illik inflyasiya səviyyəsison 3 il ərzində 15,8 faiz təşkil edib. Sabit valyuta məzənnəsisiyasətini rəhbər tutaraq, nominal effektiv məzənnəninmöhkəmlənməsi yolu ilə inflyasiyanı cilovlamağa nail olmuşuq.Nominal effektiv məzənnənin orta illik möhkəmlənməsi 13% təşkiledib ki, bu da bizə idxal inflyasiyası ilə mübarizədə əhəmiyyətliüstünlük qazandırıb", – deyə AMB sədri qeyd edib.
Bu konfrans çərçivəsində Səudiyyə Mərkəzi Bankının monetarməsələlər üzrə sədr müavini Talal Əl-Humud ilə görüşən AMB sədripul siyasətinin təkmilləşdirilməsi və ötürücülüyünün artırılması,eləcə də, innovativ texnologiyaların tətbiqinin genişləndirilməsiməsələləri ətrafında fikir mübadiləsi aparıb.
Bunlardan başqa, AMB “Yaşıl və dayanıqlılıqla əlaqəli kreditlərüzrə təlimat”ı təsdiq edib.
Eyni zamanda, Azərbaycan Mərkəzi Bankı xüsusi tənzimləmərejimində iştirakla bağlı müraciətlərin qiymətləndirilməsinəbaşlayıb.
Həmçinin, Azərbaycan və Çinin mərkəzi bankları arasında monetarsiyasət sahəsində həyata keçirilən islahatlar, eləcə də, digərməsələlər müzakirə edilib.
Keçən həftə AMB tərəfindən lisenziya verilmiş elektron pul vəödəniş təşkilatları “SWIFT” şəbəkəsinə qoşulub.
AMB ilə Dünya Bankı ilə birgə həyata keçirilən “Maliyyəsektorunun modernizasiyası 3 layihəsi” çərçivəsində Mərkəzi Bankilə Dünya Bankı Qrupu tərəfindən birgə hazırlanmış “Nəzarəttexnologiyaları üzrə Yol Xəritəsi” təsdiqlənib.
Beynəlxalq reytinq agentliyi “S&P Global Ratings”inməlumatına görə, Azərbaycanda 2025-ci ildə kredit artımını təxminən15% proqnozlaşdırılıb. Ev təsərrüfatlarının borcunun ÜDM-ə nisbəti14%, korporativ borcun ÜDM-ə nisbəti isə 10% təşkil etdiyinibildirib.
Ötən həftə Azərbaycanda əhalinin bu ilin yanvar ayı üzrə nominalgəlirləri açıqlanıb. Belə ki, ölkə əhalisinin nominal gəlirləri 5milyard 967,8 milyon manat olub.
Bunlarla yanaşı, Azərbaycan və Asiya İnkişaf Bankı (AİB)arasında dövlət-özəl tərəfadaşlığı layihələrinə dair təkliflərmüzakirə olunub.
Tərəflər arasındakı digər görüşdə ölkə üçün ortamüddətli dövrdəsosial iqtisadi inkişaf və investisiyaların təşviqi üzrəprioritetləri və AİB-nin Ölkə Tərəfdaşlıq Strategiyasının(2025-2029) əhatə edəcəyi sahələri nəzərdən keçirilib.
Ötən həftə açıqlanan məlumata görə, ötən il AzərbaycanRespublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətitərəfindən dövlət büdcəsindən vəsait alan 100 təşkilatda nəzarəttədbirləri həyata keçirilib. 57 təşkilatda yoxlamalar aparılıb, buyoxlamalarla 13.331,5 min manat məbləğində artıq və əsassızödənişlər aşkar edilib.
Azərbaycan və Türkiyə iqtisadi tərəfdaşlığın prioritetistiqamətlərini nəzərdən keçiriblər.
Azərbaycan və Belçika investisiya tərəfdaşlığınıngücləndirilməsini müzakirə edib.
İrandan Azərbaycana birbaşa investisiyaların həcmi açıqlanıb.Məlumata görə, Azərbaycan Avrasiya regionunda İraninvestisiyalarının əsas alıcısıdır və ümumi investisiyanın 91faizini və ya 2,93 milyon dolları təşkil edir.