AZ

Məhkəmə idman jurnalistlərinin işi ilə bağlı qərar qəbul etdi

style='margin-bottom:10px;'>

Bu gün Nərimanov Rayon Məhkəməsində “Sumqayıt” Futbol Klubun prezidenti Riad Rəfiyevin "matc.az" saytının baş redaktoru İxtiyar Əsgərov və "sports.az" saytının baş redaktoru Anar Şabanoğluna qarşı şikayəti əsasında növbəti məhkəmə iclası keçirilib.

QOL.az xəbər verir ki, məhkəmə iclasına hakim Nərgiz Tağiyeva sədrlik edib.

Xatırladaq ki, əvvəlki prosesdə hakim iddiaçı tərəfin sübutlarını təqdim etməsi üçün bu günə qədər prosesi təxirə salmışdı. Bu gün həmin sübutlar məhkəməyə təqdim edilib. 

Məhkəmə sübutların ekspertizaya göndərilməsinə dair qərar qəbul edib. 

Ekspertizanın rəyi hazır olandan sonra məhkəmə prosesi davam etdiriləcək. (lent.az)

Seçilən
37
3
teleqraf.com

4Mənbələr