AZ

Karlo Ançelotti: “Ən yaxşı xəbər David Alabanın bərpasıdır”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 25-ci turunda qarşılaşdıqları “Jirona” ilə ev oyununu (2:0) şərh edib.

Arena.az “Marca” nəşrinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz oyunu yaxşı idarə edirdik, yaxşı oynayırdıq. Oynamağına, yaxşı oynayırdıq, amma ən yaxşı xəbər bu yox, Alabanın (David Alaba, “Real”ın 32 yaşlı avstriyalı mərkəz müdafiəçisi – redaktorun qeydi) bərpasıdır. O, 60 dəqiqə ərzində çox yaxşı oynayırdı, çox rahat, biz müdafiədəki mövqelərimizi bərpa etməyə başlamışıq. Mən Valverde və Rüdigerə istirahət verə bildim… Biz mövsümün ən vacib hissəsinə əla surətdə yaxınlaşırıq.

Modriçin qolu? Mən daha əvvəl Modriç haqda bütün sözlərimi istifadə etmişəm, yeni bir sözüm yoxdur. O, həmişə möhtəşəmdir”, deyə Karlo Ançelotti vurğulayıb.

Cari mövsümdə keçirdiyi 25 oyunda 54 xal toplamış “Real” İspaniya La Liqasının 2-ci pilləsindən, eyni miqdarda xal toplamış, zirvədəki “Barselona”nın liderliyinə şərikdir. Əzəli rəqibləri yalnız digər göstəricilər fərqləndirir. “Jirona” isə 31 xalla 12-ci pillədədir.

Seçilən
128
27
arena.az

10Mənbələr