AZ

Papa üç dəfə huşunu itirdi, nəfəsi kəsildi

Roma Papası Fransisk ötən sutka ərzində üç dəfə huşunu itirib və müstəqil şəkildə nəfəs almağı dayandırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Roma Papası yenidən süni tənəffüs aparatına qoşulub və ona hər gün qan köçürürülür.

Bundan əlavə, dövlət rəsmilərinin və katolik dünyasının rəsmi şəxslərinin Vatikana olan bütün səfərləri ləğv edilib.

Bildirilir ki, Vatikan dəfn şurasını toplayır və xüsusi komissiya hazırlayır.

Qeyd edək ki, xəstəxanaya yerləşdirilən Roma-Katolik Kilsəsinin rəhbərində iki tərəfli pnevmoniya aşkar edilib.

Milli.Az 

Seçilən
15
10
milli.az

10Mənbələr