"Apple” şirkəti Rusiyadan olan developerlərin “Apple Developer Enterprise Program” (ADEP) platformasına çıxışına məhdudiyyət qoyub.
Rusiyalı developerlər artıq adıçəkilən platformada olan korporativ tətbiqlərdən yararlana bilməyəcəklər.
"Fevralın 12-dən etibarən proqramla əlaqəli bütün məlumatlar silinib və artıq ondan istifadə etmək olmur", - “Touch İnstinct”in rəbhəri Dmitriy Kostin bildirib.
Qadağanın nə vaxta kimi davam edəcəyi bilinmir.
(Publika.az)