Rusiya Prezidenti Vladimir Putin ABŞ və Ukrayna arasında yeraltı sərvətlərə dair mümkün razılaşmanın Moskvaya aidiyyəti olmadığını bildirib.
APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya lideri bu barədə “Rossiya 1” telekanalındayayımlanan “Moskva. Kreml. Putin” verilişinin müəllifi Pavel Zarubinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya ABŞ-yə nadir torpaq metalları sahəsində birgə işləmək imkanı təklif etməyə hazır olardı.
Putin vurğulayıb ki, Ukraynanın nadir yeraltı resursları hələ də qiymətləndirmə tələb edir:
"Rusiya nadir torpaq metallarının işlənməsi, o cümlədən yeni regionlarda xarici tərəfdaşlarla işləməyə hazırdır".