AZ

“Şamaxı” bu oyunçunu saxlamaq İSTƏYİR

“Şamaxı” komandanın qapıçısı Rikardo Fernandeslə müqavilə müddətini artırmaq istəyir.

Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi portuqaliyalı qolkiperi buraxmaq niyyətində deyil.

Buna görə də, klub Fernandesə indidən müqavilə müddətini artırmağı təklif edib.

30 yaşlı qapıçının “Şamaxı” ilə hazırkı müqavilə müddəti mövsümün sonuna qədərdir.

Azərbaycan Premyer Liqasında yarışan klubların transfer siyahısında yer alan Rikardonun “Şamaxı”da qalmağa müsbət yanaşdığı iddia olunur.

30 yaşlı futbolçu “Belenenseş”, “Torreense”, “Oliveyrense”, “Famalikan”, “Akademika Vizeu”, “Santa-Klara” klublarının qapısını qoruyub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
78
44
bizim.media

10Mənbələr