AZ

DSX baytarlıq avadanlıqları ala bilmir

Dövlət Sərhəd Xidmətinin (SDX) baytarlıq avadanlıqlarının alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

 

Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Tenderin ümumi dəyəri 80 743 AZN olub.

 

Cabir Həsənov

Tarix: 25 Fevral 2025, 08:12   
Seçilən
63
1
pravda.az

10Mənbələr