AZ

Zahid Oruc: “Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin rəhbəri Zahid Oruc Teleqraf-ın suallarını cavablandırıb.

Publika.az onunla müsahibəni təqdim edir:

- Zahid müəllim, ötən ilin dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra Bakı ilə Moskva arasında münasibətlər gərginləşib. Artıq qarşılıqlı ittihamlar fərqli platformalara keçib. Sizcə, gərginlik nə vaxta qədər davam edəcək?

- Rusiya dövlətinin II Qarabağ savaşı dövründə, eləcə də ondan bir qədər sonra işğalçı Ermənistanın mənafeləri üçün çalışmaq, səngərdə onların əvəzinə döyüşmək xətti olmadığına görə Azərbaycanın ictimai fikrində bir qədər dönüş baş vermişdi. “366-cı” (Ermənistan silahlı qüvvələri ilə yanaşı Rusiyanın 366-cı motoatıcı alayı Xocalı Soyqırımında iştirak edib) alay libasında bir dövlətin qəbullanması prosesi bu dəfə müəyyən qədər dəyişməkdə idi. Əksinə olaraq bu dəfə Ermənistan cinahından Rusiya üzərinə hücumlar baş verirdi. Müşahidələr onu göstərirdi ki, proseslər indi şiddətini daha da artıracaq. ABŞ ilə Ermənistan arasında strateji müttəfiqlik haqqında sənədlər imzalandıqdan sonra Rusiya rəsmiləri açıq şəkildə İrəvanın siyasətinin qiymətləndirilməsi və təhdidlər, gələcək təhlükələrə dair mesajlar verəcək. Lakin indiki vəziyyətdə xüsusi ilə də media məkanında Kremldən qaynaqlanan “Böyük Rusiya" şovnizmi qaydasında imperiya refleksinə dayanaraq davranışlar göstərən şəxslərin tonu və Azərbaycanın rolunu, əhəmiyyətini Cənubi Qafqazda qiymətləndirmədən, bir qədər də onun qələbəsi əleyhinə mövqeləri tündləşdirərək, verilən açıqlamalar, bəyanatlar səslənir. Bu davranış eyni zamanda AZAL-a məxsus sərnişin təyyarəsinin qəzası zamanı Qroznıda cinayətkarcasına məsuliyyətsizlik edib “Kovyor” sistemi (“Xalça” planı) tətbiq edən və təyyarəni dron kimi fiksasiya edib, ona zərbə endirənlərin davranışları ilə eynilik təşkil edir. Eyni sinxronluqdur. Kimlərsə, bunu silahlı vasitələrlə həyata keçirib, digərləri isə sözlə edirlər.

- Kreml sözçüləri isə Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsində üçüncü tərəflərin olduğunu iddia edir. Bu, hansı məntiqə əsaslanır?

- Sözsüz ki, informasiya məkanını kənardan izləyənlər bu halda prosesə əlavə ton verirlər. Hazırda sanki Rusiya siyasətinin təmsilçiləri kimi Valuyev (Nikolay Valuyev - Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini) və yaxud başqa ictimai palata nümayəndələri çıxış edərək, Azərbaycana qarşı hədələyici bəyanatlar verirlər. Misal olaraq Azərbaycan dövləti USAID ilə bağlı hansı davranışları seçdisə, sonda ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlməsi ilə kardinal şəkildə, inqilab səviyyəsində təməl prinsipləri dəyişən addımlar fonunda Bakının mövqeləri qalib gəldi və haqlı olduğu sübuta yetirildi.

Bunun fonunda Azərbaycan tərəfdaşlıq, iqtisadi əlaqələrin genişləndiyi bir ölkədən, yəni Rusiyadan eyni tələbləri gözləməkdə haqlıdır. Bu məntiq vahid şəkildə götürüldükdə, situasiya anlaşılır. İndiki vəziyyətdə “Rus evi”ndən, “rus ev”ləri düzəltmək istəyən qüvvələr dedikdə ki, bu, hüquqi davranışlar kimi başa düşülməməlidir. Azərbaycan qətiyyən milyonlarla soydaşının timsalında Rusiyada əlavə lokal azərbaycanlılar, separatizm mövqeləri, dövləti gizlin üsullarla ələ almaq, öz təsirində saxlamaq, təxribatçı davranışlar seçmək kimi bir mövqeni müəyyənləşdirməyib. Belə faktlar yoxdur.

Həmçinin bu günə qədər “Rus evi”nin təmsilçiləri Azərbaycanın qələbə törənlərində gəlib aktiv şəkildə iştirak etməyiblər. Halbuki azərbaycanlılar təkcə Rusiyada deyil, başqa ölkələrdə də dövlətlərin quruculuğuna böyük töhfələr verirlər. Bunun əksinə soydaşlarımız orada kəşfiyyat “çetesi” (qrupu) kimi mənzillənməyiblər. Yəni azərbaycanlılar olduqları məmləktələrdə silahsız hərbi baza rolunda çıxış etməyiblər.

- İndi Azərbaycanın Rusiyadan əsas istəyi, tələbi nədir?

Seçilən
21
publika.az

1Mənbələr