AZ

"Mançester Yunayted" 150-200 əməkdaşını işdən çıxarır

style='margin-bottom:10px;'>

"Mançester Yunayted" 150-200 əməkdaşını işdən çıxarmağa hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

"Qırmızı şeytanlar"ın baş icraçı direktoru Omar Berrada isə klubun saytına açıqlamasında məlumatları təsdiqləyib: 

“Biz "Mançester Yunayted"in kişilərdən, qadınlardan ibarət komandalarının, eyni zamanda akademiyasının titullar qazanmağı gücündə olması üçün məsuliyyət daşıyırıq. Biz klubu dəyişdirəcək və yeniləyəcək geniş spektrli fəaliyyətlərə başlayırıq. Təəssüf ki, bu, mümkün əlavə ixtisarların elanı deməkdir. Biz bunun həmkarlarımıza göstərəcəyi təsirdən dərin təəssüflənirik. Ancaq belə çətin qərarlar klubu sabit maliyyə vəziyyətinə qaytarmaq üçün lazımdır.

Biz son 5 ildə ard-arda maliyyə itkiləri ilə üzləşmişik. Bu davam edə bilməz. Bizim iki əsas prioritetimiz azarkeşlərimiz üçün meydanda uğur qazanmaq və klubun infrastrukturunu yaxşılaşdırmaqdır. Əgər biz daim pul itiririksə, bu məqsədlərə sərmayə qoya bilmərik.

Prosesin sonunda dəyərli kommersiya tərəfdaşlarımıza yüksək keyfiyyətli xidmət göstərməyə davam edən daha çevik, səmərəli və maliyyə cəhətdən sabit klubumuz olacaq. Bu, UEFA və Premyer Liqa qaydaları çərçivəsində qalaraq, komandanın uğurlarına daha yaxşı sərmayə qoymağa və azarkeşlər üçün şəraiti yaxşılaşdırmağa imkan verəcək”.

Daha əvvəl xəbər yayılmışdı ki, “Mançester Yunayted” pula qənaət etmək üçün işçilərinə pulsuz nahar yeməyi verməyi dayandırıb.

Seçilən
28
teleqraf.com

1Mənbələr