AZ

Kolumbiyada hərbi avtomobil dərəyə aşdı: 9 əsgər həlak oldu, 20 nəfər xəsarət aldı

Kolumbiyanın Narinqo bölgəsinə bağlı Barbakoas qəsəbəsində hərbi avtomobil 100 metrlik dərəyə aşıb.

BAKU.WS haberglobal-a istinadən xəbər verir ki, hadisə nəticəsində 9 əsgər həlak olub, 20 nəfər yaralanıb.

Kolumbiya Ordusunun komandanı General Luis Emilio Kardoso Santamariya qəzanın səbəblərinin araşdırılması üçün təhqiqat başlandığını bildirib.

Ölkə Prezidenti Qustavo Petro sosial media hesabında həlak olan əsgərlərin ailələrinə başsağlığı verib. "Çox üzücü bir hadisədir. Hərbçilərimizin sağlam şəkildə evlərinə dönmələri üçün daha çox səy göstərməliyik", – deyə o qeyd edib.

Seçilən
42
far.az

1Mənbələr