AZ

Rusiya və ABŞ nümayəndələri yenidən görüşəcək

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ukrayna üzrə Rusiya-Amerika danışıqları baş tutacaq.  

"Unikal" xəbər verir ki,  bu barədə Almaniyanın “Zeit” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

"Rusiya və ABŞ nümayəndələri bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yenidən Ukraynanın gələcəyi ilə bağlı danışıqlar aparırlar", - KİV yazıb. 

"Zeit"in mənbələrinə görə, bu, ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında baş tutan görüşün davamıdır. 

Ər-Riyaddakı danışıqlar Fransa prezidenti Emmanuel Makronun Vaşinqtona səfərindən bir gün sonraya təsadüf edir. KİV bildirib ki, Ukraynada atəşkəs bir neçə həftə ərzində əldə edilə bilər.

Gülayə Mecid 

Seçilən
109
50
unikal.az

10Mənbələr