AZ

Son sutkada qarlı hava şəraitinə görə 90 nəfər müraciət edib, onlardan 15-i əməliyyat olunub - RƏSMİ

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqədar fevralın 24-dən bu saatadək 90 nəfər müraciət edib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 15 nəfəri əməliyyat üçün stasionara qəbul edilib:

"Xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub". 

Qeyd edək ki, qarlı hava şəraiti ilə əlaqəli olaraq fevralın 21-dən bu günədək Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxminən 300 nəfər müraciət edib. Onlardan 30-a yaxın şəxsə cərrahi müalicə tətbiq olunub.
 

Seçilən
27
5
7news.az

10Mənbələr