AZ

Türkiyə ordusu Suriya və İraqın şimalında 6 terrorçunu məhv edib

Türkiyə ordusu İraqın şimalındakı Qəndil və “Pəncə-Kilid” antitteror əməliyyatı bölgəsində 5 PKK terrorçusunu, Suriyanın şimalında “Sülh çeşməsi” antitteror əməliyyatı bölgəsində isə 1 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Terror yuvalarını məhv etməyə davam edəcəyik”, - deyə vurğulanıb.

Qeyd edək ki, Türkiyə ordusu Suriya və İraqın şimalında terrorçulara qarşı əməliyyatlarını fasiləsiz olaraq davam etdirir.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
183
12
missiya.az

10Mənbələr