Yazını böyüt
Yazını kiçilt
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 135-i qadın, 157-si kişi olmaqla, 292 nəfərin müraciəti qeydə alınıb.
Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, onlardan 269 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.
Müraciət edənlərdən 23 nəfərə yerində yardım olunub.