AZ

Sabah sulu qar yağacaq

Bakı. Trend:

Fevralın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, Bakıda vəAbşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakinaxşam bəzi yerlərdə sulu qar yağacağı ehtimalı var. Mülayimşimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0 dərəcədən -3 dərəcəyədək, gündüz +1dərəcədən +3 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 762 mm civəsütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə vəgündüz 65-75 % olacaq.

Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabiryağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdəintensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq.Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə -1 dərəcədən -6 dərəcəyədək, gündüz +3dərəcədən +7 dərəcəyədək, dağlarda gecə -8 dərəcədən -13dərəcəyədək, yüksək dağlıq ərazilərdə -18 dərəcədən -23dərəcəyədək, gündüz -3 dərəcədən -8 dərəcəyədək olacaq.

Seçilən
34
49
az.trend.az

10Mənbələr