Kolumbiyada hərbi maşının uçurumdan yuvarlanması nəticəsində 9 əsgər ölüb, 20-si yaralanıb.
Paralel.az xəbər verir ki, hərbi maşın 100 metrlik uçurumdan aşıb.
Ordu komandanı general Luis Emilio Cardozo Santamaria qəzanın səbəblərinin müəyyən edilməsi üçün araşdırmaya başlanıldığını açıqlayıb.
Kolumbiya prezidenti Qustavo Petro da sosial media hesabından qəzada həyatını itirən əsgərlərin ailələrinə başsağlığı verib.
Həmidə İbrahimova