AZ

1098-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1098-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 656 təyyarəsi, 283 helikopteri, 44 431 PUA-sı, 596 zenit-raket kompleksi, 21 734 tank və digər zirehli texnikası, 1 521 reaktiv yaylım atəş sistemi, 22 007 artilleriya və minaatanı, 32 099 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Seçilən
25
49
axar.az

10Mənbələr