Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 25-ci oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
25-ci turun görüşləri martın 4-də, 5-də və 6-da keçiriləcək.
Əvəzedicilər Liqası
25-ci tur
4 mart
“Səbail-2” – “Şamaxı-2”
“Bayıl Arena”, 15:00.
“Sumqayıt-2” – “Qarabağ-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.
5 mart
“Turan Tovuz-2” – “Zirə-2”
Tovuz şəhər stadionu, 12:00.
“Sabah-2” – “Araz-Naxçıvan-2”
Bakı. “ASK Arena”, 15:00.
6 mart
“Kəpəz-2” – “Neftçi-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.