AZ

Baş nazirdən hava daşımaları ilə bağlı YENİ QƏRAR

Kommersiya hava daşımalarının, sərnişin, baqaj, yük və poçt göndərişlərinin hava daşımalarının həyata keçirilməsi qaydaları təsdiq edilib.

Publika.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Bu qaydalar daşınma müqaviləsi və kommersiya sazişləri əsasında müəyyən haqq müqabilində sərnişinlərin, eləcə də sərnişin tərəfindən hava gəmisinin bortunda daşınan baqajın (o cümlədən əl yükünün, habelə yük və poçt göndərişlərinin) hava nəqliyyatı vasitəsilə daşınması ilə bağlı müddəaları özündə ehtiva edir.

Bu qaydalar sərnişinin, baqaj, yük və poçt göndərişlərinin müntəzəm və qeyri-müntəzəm (çarter) uçuşlar əsasında daxili və beynəlxalq hava daşımalarına tətbiq olunur.

Seçilən
24
10
publika.az

10Mənbələr