“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçi Kevin de Bruynenin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, belçikalı futbolçunun klubla hazırkı müqaviləsi yaya qədərdir:
“De Bruyne müstəsna futbolçudur və elə də qalır. Baş verənlər əsasən ondan və klubdan asılıdır”.
Kevin De Bruyne “Mançester Siti”də onuncu mövsümünü keçirir. Bu müddət ərzində belçikalı 409 matçda iştirak edib və bu matçlarda komanda yoldaşları üçün 105 qol və 173 məhsuldar ötürmə edib.