AZ

Növbəti iki gündə əksər rayonlarda intensiv qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Fevralın 26-sı səhər dağlıq ərazilərdən başlayaraq 27-si gündüzədək ölkənin əksər rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. 

Qeyd olunub ki, havanın minimal temperaturu Aran rayonlarında 2-7, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacaq.

Gözlənilən şaxtalı hava şəraiti ilə bağlı bəzi yollar buz bağlayacaq.
 
 

Seçilən
63
49
7news.az

10Mənbələr