1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Monteneqronun Petrovaç şəhərində 20 yaşadək şahmatçılar arasında dünya çempionatında I turun partiyaları oynanılıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan şahmatçılarından Xəzər Babazadə, Şiroğlan Talıbov, Ayan Allahverdiyeva və Nərmin Abdinova ilk turda qələbə qazanıblar.
Lalə Hüseynova I turda məğlub olub.
Qeyd edək ki, 61 ölkədən 263 şahmatçının iştirak etdiyi yarış 11 turdan ibarətdir.