AZ

Netanyahu bəyan etdi: Bu ölkənin bir hissəsi işğal altında qalacaq

İsrailin baş naziri Benyamin Netanyahu Suriyanın cənubunun işğalının daimi olacağı mesajını təkrarlayıb.

Ulusal.az xəbər verir ki, Netanyahu bu barədə Vaşinqtonda Amerika-İsrail Siyasi Fəaliyyət Komitəsinin (AIPAC) təşkil etdiyi proqramda videokonfrans vasitəsilə çıxış edib.

“İsrail ordusu Suriyadakı Hermon dağının (Cəbəl əl-Şeyx) zirvəsində qalacaq”, – deyə o bildirib. Bölgəyə bitişik “tampon zona”da qalmağa davam edəcəklərini deyən Netanyahu Suriya ordusunun Dəməşqin cənubunda olmasına icazə verməyəcəklərini bəyan edib.

Donald Trampla görüşünü xatırladan Netanyahu bunun ABŞ prezidenti ilə keçirdiyi ən əhəmiyyətli görüş olduğunu qeyd edib: “ABŞ-İsrail ittifaqı heç vaxt bu qədər güclü olmamışdı”. Netanyahu Trampa İsrailə yeni silah satışını təmin etdiyinə görə təşəkkür edib.

Baş nazir İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilinə hücumları məsələsinə də toxunub. O, bölgədəki fələstinli qaçqın düşərgələrində qalmağa davam edəcəklərini ifadə edərək, hücumların uzunmüddətli olacağı mesajını verib.

Seçilən
15
2
moderator.az

10Mənbələr