AZ

Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər endirilib

Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər aşağı salınıb.

 

"Report"un məlumatına görə, Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Xankəndi şəhərində, Xocalı və Ağdərədə inzibati binaların qarşısında ucaldılan dövlət bayraqları yarıyadək endirilib.

 

Bu gün saat 17.00-da isə Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Seçilən
67
37
senzor.az

10Mənbələr