AZ

Müdafiə Nazirliyinin rəhbər heyəti “Ana harayı” abidəsini ziyarət edib – VİDEO

Fevralın 26-sı Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “Ana harayı” abidəsini ziyarət edib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, abidə önünə gül dəstələri düzən Müdafiə Nazirliyinin rəhbərliyi faciə qurbanlarının xatirəsini dərin hörmətlə anaraq ehtiram nümayiş etdiriblər.

Seçilən
41
4
poliqon.az

5Mənbələr