Yəqin ki, ətrafınızda “Mən gündüzlər işləyə bilmirəm, gecələr daha rahat işləyirəm” deyən insanlar var. Bəli, bu insanlar nokturnal insanlardır. Onlar gecə aktiv olmağı üstün tuturlar və gündüzləri işləməkdə çox çətinlik çəkirlər.
Dünyanın bir çox yerində işlərin səhər başlanmasını nəzərə alsaq, bu insanlar da gündüz saatlarında işləməyə məcbur olur. Gecə işləməyi və ya aktivliyi daha uyğun hesab edən bu insanların iş həyatı necə olur? Nokturnalların bioloji saatı onların iş həyatına necə təsir edir?
Valyuta.az nokturnal olmağın iş həyatınıza təsirini araşdırdı.
Nokturnallar gecə işləməyi və ya aktivliyi daha rahat hesab edən insanlardır. Buna səbəb onların bioloji saatları gecə saatlarında daha yüksək enerjiyə sahib olmalarını təmin edir, amma gündüz saatlarında yorğun hiss edirlər. Bu cür insanlar adətən gecə işləyərkən daha məhsuldar olurlar və səhər saatlarında işə başlamaqda çətinlik çəkirlər.
Nokturnalların bioloji saatı onların iş həyatına mənfi təsir edə bilər
Gecə daha məhsuldar olduqları üçün bu insanlar uzun müddət işləyə bilirlər, amma səhər saatlarında enerjilərinin aşağı olması işdə effektivliyi azalda bilər. Bu cür insanlar gecə işlədikləri üçün sosial həyatları və sağlamlıqları zərər görə bilir. Yuxu keyfiyyətinin və miqdarının azalması, onların fiziki və zehni sağlamlığına zərər verir. Yuxusuzluq stressi artırır və işdə ciddi diqqət dağınıqlığına səbəb olur. Gecə işləməyə alışmış insanlar səhər saatlarına uyğunlaşmağa çalışarkən çox vaxt stresli olur. Çünki onlar vərdiş olmadığı bir zamana öyrəşməyə məcbur olurlar. Uzun müddət ərzində uyğunlaşmamaq da bədənin və beynin sağlamlığını mənfi təsir edir. Bütün bunlar nokturnalların iş həyatında məhsuldarlığını azaldır.
Nokturnallar gecə ona görə məhsuldar olur ki...
Gecə saatlarında enerjiləri yüksək olan nokturnallar daha məhsuldar və kreativ ola bilirlər. Gecə daha az diqqət dağıdıcı faktor olduğu üçün daha səmərəli işləyə bilirlər. Daha sakit və izolyasiya olunmuş bir mühitdə işləyən nokturnallar, özlərini daha rahat hiss edə bilir. Ümumilikdə, nokturnalların bioloji saatına uyğun olaraq gecə işləmələri onların iş fəaliyyətində müəyyən üstünlüklər təmin etsə də, bu vərdişin uzun müddətli mənfi təsirləri də ola bilər. Bu səbəbdən, nokturnalların balanslı bir yuxu rejimi və düzgün həyat tərzi tətbiq etmələri vacibdir.
Bu fərqlilik haradan gəlir?
Nokturnalların gecə işləmə vərdişi və bioloji saatları müəyyən qədər onların genetik və davranış xüsusiyyətlərindən asılıdır. Lakin, bu davranışların yalnız özlərinə aid olub-olmaması məsələsi çox mürəkkəbdir və müxtəlif faktorlar tərəfindən müəyyən edilir. Nokturnallığın bir hissəsi genetik olaraq müəyyənləşdirilə bilər. İnsanların bioloji saatı, onların daha çox gecə və ya gündüz aktiv olmağa meylli olmasını təyin edir. Bu bioloji ritmin fərdi xüsusiyyətlərə görə dəyişə və bəzi insanlar genetik olaraq gecə işləməyə uyğun bir vücuda sahib ola bilərlər. Bir digər təsir isə odur ki, hər bir insanın həyat tərzi və təcrübələri, onların gecə və ya gündüz işləmə vərdişlərinə təsir göstərir. Məsələn, iş şəraiti, sosial mühit və həyatın digər aspektləri, insanların gündüz və ya gecə işə başlaması ilə bağlı vərdişlərini müəyyən edə bilər.
Bu davranışları tamamilə dəyişdirmək mümükündür?
Nokturnalların səhər iş saatlarına uyğunlaşması mümkündür, amma bunun üçün istək, əzm və düzgün yanaşmalar tələb olunur. Bioloji saatları və gecə işləməyə meyilli olmaları bir çox hallarda genetik və təcrübəvi faktorlarla bağlı olsa da, bu davranışları tamamilə dəyişdirmək də mümkündür, amma çətin və zaman alıcı ola bilər. Gecə işləyən bir insanın səhər saatlarına uyğunlaşması müəyyən metodlarla mümkündür.
İlk olaraq nokturnallar yava-yavaş səhər saatlarında aktiv olmağa çalışmalıdırlar. Hər gün yavaşca gecə yatma saatını irəlilətmək, səhər saatlarına uyğunlaşmağa kömək edə bilər. Yuxu sanatı gecə işləyən şəxslərin səhər saatlarına uyğunlaşmasında çox mühüm rol oynayır. Yuxu keyfiyyətinin yaxşılaşdırılması, yuxu dövrünü doğru tənzimləmək, enerji səviyyələrini artırır və nəticədə iş performansı yaxşılaşır. Bəzi insanlar səhər saatlarına uyğunlaşmaq üçün yuxusuz qalmağa cəhd edə bilərlər, amma bu da uzun müddət ərzində sağlamlıq problemlərinə yol aça bilər.
Sərvanə Rəmixanova