Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti və Kütləvi İnformasiya Vasitələri ilə Əlaqələr Komissiyasının rəhbəri Aleksey Puşkov ABŞ və Avropa liderlərinin Ukrayna ilə bağlı maraqlarını açıqlayıb.
Publika.az xəbər verir ki, Puşkov bu barədə özünün Telegram kanalında yazıb.
O, Vladimir Zelenskinin real reytinqinin təqribən 15% olduğu barədə yayılan məlumatlara diqqət çəkib. Bildirib ki, Ukraynada seçkilər keçirilsə, Zelenski Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıya böyük fərqlə uduzacaq.
Əgər Tramp Zelenskini “seçkisiz diktator” adlandırırsa, Almaniya kansleri Olaf Şolts onu “Ukraynanın qanuni prezidenti” adlandırır.
Puşkov vurğulayır ki, Tramp Ukraynada seçkilərin keçirilməsində israrlıdır, Aİ isə müharibə zamanı seçkilərin ləğvinin qanuniliyini sübut edir.