Fevralın 26-da Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edib.
TƏHSİL.BİZ xəbər verir ki, Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə güllər düzülüb və faciə qurbanları dərin ehtiramla yad olunub.





