Karyerasını "İnter Mayami" komandası ilə davam etdirən əfsanəvi futbolçu Lionel Messi ilə bağlı yeni iddia ortaya atılıb.
Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, argentinalı superulduzun Amerikadakı karyerasını başa çatdıraraq gələn mövsümdən "Barselona"ya qayıdacağı bildirilir.
Bu barədə İspaniyada yayımlanan DIRECTV Sports məlumat yayıb. 37 yaşlı məşhur futbolçunun 2026-cı il dünya çempionatı öncəsi “Kamp Nou”da oynamaq istədiyi bildirilib.
Qeyd edilib ki, Barselona rəhbərliyinin bu transferin iqtisadi ölçüsünü qiymətləndirir və geri dönüş üçün lazımi zəmin hazırlayır.
Xatırladaq ki, Lionel Messi "İnter Mayami"də ümumilikdə 41 oyun keçirib. Messi bu matçlarda 35 qol vurub və 4 məhsuldar ötürmə edib. 37 yaşlı argentinalı ulduzun komandası ilə 2025-ci il dekabrın 31-dək müqaviləsi var.
Billurə