AZ

Əziz Orucova hökm oxundu

“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə o, 2 il həbs cəzasına məhkum edilib.

Dövlət ittihamçısı Ə.Orucova 2 il 6 ay həbs cəzası istəmişdi.

Qeyd edək ki, Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb. Lakin bir müddət əvvəl 206.3.2-ci maddə üzrə cinayət işinə xitam verilib.

Seçilən
128
23
qafqazinfo.az

10Mənbələr