Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Biləsuvar rayonu ərazisində qanunsuz ov edən xarici ölkə vətəndaşları saxlanılıb.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı onların Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları Matar Mohammed Karam Al Mandus Albluşi və Übeyd Cuma Übeyd Zayed Alketbi olduqları müəyyən edilib.
Faktla bağlı inzibati protokol tərtib edilərək qanun pozucularının hər birinə 2 000 manat məbləğində cərimə tətbiq olunub.