AZ

?TikTok? ABŞ ilə razılaşmada güzəştə getməyə hazırdır

Yaponiyanın “Nikkei” agentliyinin adı açıqlanmayan məlumatlı mənbələrə istinadən yazıb ki, Çinin “ByteDance” şirkəti və ona məxsus ?TikTok? xidmətinin rəhbərliyi Tramp administrasiyası ilə xidmətin məcburi satışının və ya onun ABŞ-də tamamilə bağlanmasının qarşısını almağa kömək edəcək kompromislərə meyllidir. Belə ki, Çin tərəfi şirkətin ABŞ-də fəaliyyətini davam etdirməsi müqabilində payının əhəmiyyətli hissəsini satmağa hazırdır.

Əsas mübahisə mövzusu razılaşma halında ?TikTok?un alqoritmlərinə kimin nəzarət edəcəyidir. “Sövdələşmə alqoritmlərə nəzarət üçün alətlərin ötürülməsini nəzərdə tutmayacaq. ByteDance bu nəzarəti öz əlində saxlamaq istəyir?, ? agentlik bildirir.

Seçilən
128
37
banker.az

10Mənbələr