AZ

Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı yeni redaksiyada təsdiq olunub

Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşında dəyişiklik edilib.

Nazirlər Kabineti “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Operativ Media-nın xəbərinə görə, qərara əsasən, “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının (Xidmətin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” və “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq olunub.

Maliyyə Nazirliyinə tapşırılsın ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

Seçilən
83
7
operativmedia.az

5Mənbələr