Fevralın 27-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən News365.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir.
Gecə yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimalı var. Günün ikinci yarısında tədricən kəsiləcək. "Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə və gündüz 1-3° şaxta olacaq. Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var". Qeyd edilib ki, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Havanın temperaturu Aran rayonlarında 3-8° isti, dağlıq ərazilərdə isə gecə 0-5° şaxta olacaq. Gecə və səhər bəzi yerlərdə yolların buz bağlayacağı proqnozlaşdırılır.