AZ

Sosial dəstək paketi şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 131 min şəxsi əhatə edib

Bakı. Trend:

Sosial dəstək paketi şəhid ailələri üzvləri və müharibəiştirakçıları olan 131 min şəxsi əhatə edib.

Trend xəbərverir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiməlumat yayıb.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyitərəfindən həmin sosial dəstək paketi çərçivəsində postmüharibədövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106min şəxsə 119 min aylıq sosial ödəniş, 24,5 min şəxsə birdəfəliködəmə təyin olunub.

Qeyd olunub ki, şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyiolan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara6,8 min mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olanşəxslərə 567 avtomobil təqdim edilib, habelə şəhid ailələri üzvlərivə müharibə iştirakçıları olan 11 min şəxsə 73 min sosial-psixolojidəstək və reabilitasiya xidməti göstərilib. Həmçinin, müharibə iləəlaqədar əlilliyi olan 2281 şəxs 65,7 min reabilitasiya vasitəsi, ocümlədən 491 şəxs 608 ədəd yüksək texnologiyalı müasir protezlətəmin olunub.

Bundan başqa, şəhid ailələri üzvləri və müharibə iştirakçılarıolan 25,6 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 12,3 minşəxs özünüməşğulluq proqramına cəlb olunub.

Ümumilikdə postmüharibə dövründə qeyd olunan sosial dəstəkpaketi 131 min şəxsi əhatə edib, onlara dəstəkyönümlü 374 minxidmət göstərilib.

Seçilən
151
9
az.trend.az

10Mənbələr