AZ

Zelenski Vaşinqton səfərinin təxmini tarixini açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərlə görüşündə hazırda ABŞ səfərinə hazırlandığını təsdiqləyib və səfərin fevralın 28-də baş tuta biləcəyini deyib.

Publika.az xəbər verir ki, Zelenski gözlənilən səfər barədə qeyd edib:

“Bizə səfər təklif etdilər. Amma səfərin hansı formatda və nə vaxt olacağı dəqiq deyil. Ofislər bunun üzərində işləyir".

Məlumata görə, Zelenski Vaşinqtondan sonra Londona səfər edə və orada İngiltərənin Baş naziri Kir Starmerlə görüşə bilər. Görüşdə bəzi avropalı siyasətçilərin də iştirakı gözlənilir.

Seçilən
25
publika.az

1Mənbələr